İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahələrində qiymət artımı müşahidə olunur.
Bizim.Media “xezexeber.az”a istinadla xəbər verir ki, meşə ərazilərində fəaliyyət göstərən kafe və istirahət mərkəzlərində samovar çayı xeyli baha qiymətə təklif olunur.
Bəzi yerlərdə qiymət hətta 50 manata çatır.
Bununla yanaşı, rayonda kirayə verilən fərdi evlərin və kotteclərin qiymətlərində də artım müşahidə olunur. Ev sahibləri bildirirlər ki, qiymətlər evlərin şəraiti, otaq sayı və təqdim olunan xidmətlərə uyğun olaraq müəyyən edilir.
Ev sahiblərinin sözlərinə görə, rayona gələn turistlərin sayının artması da qiymətlərə təsir göstərən əsas amillərdən biridir.
Ümumilikdə, bölgədə turizm axınının artması qiymətlərin formalaşmasına birbaşa təsir göstərir və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:59 / 15.05.2026
Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
Hazırda oxunan: Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
Hazırda oxunan: Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
613429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































