Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var - FOTO

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var - FOTO

Hazırda oxunan: Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var - FOTO

612673

Lənkəranda İran vətəndaşının iştirakı ilə zəncirvari qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Şiləvar kəndindən keçən hissəsində qeydə alınıb.
 

İlkin məlumata əsasən, Səhəd Dədəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil dönmə hərəkəti edərkən arxadan gələn İran vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük maşını minik avtomobilinə çırpılıb.


Toqquşmadan sonra idarəetmədən çıxan “VAZ-2107” əvvəlcə Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə, daha sonra isə yol kənarındakı dirəyə dəyib.

Qəza zamanı “VAZ-2107”-nin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Hadisənin səbəbləri araşdırılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO