“Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

“Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

Hazırda oxunan: “Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

611491

“Yelo Bank”la bağlı hər hansı problem görmürük.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.

O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir:

“Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər".

O qeyd edib ki, səbəbləri araşdırmaq üçün müvafiq instansiyalara müraciət ediləcək.

“Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün səbəb yoxdur”, - AMB sədri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO