"Sədərək"də İLGİNC dələduzluq

"Sədərək"də İLGİNC dələduzluq

Hazırda oxunan: "Sədərək"də İLGİNC dələduzluq
611349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Sədərək" Ticarət Mərkəzində fəaliyyət göstərən "Biones" kişi-qadın geyimləri mağazasının sahibi dələduzluqla üzləşib.

Bizim.Media xəbər verir ki, mağazaya müştəri qismində gələn R. Əliyev ondan dəyəri ümumilikdə 2900 manat təşkil edən dəri gödəkcələr və papaqlar götürərək yaxınlıqda onu gözləyən rəisinə göstərəcəyini deyib. Mağaza sahibi onunla razılaşıb.

Sonradan məlum olub ki, R. Əliyev sadəcə onu aldadıb.

Hüquq-mühafizə orqanlarına şikayətdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanıb. Eyni zamanda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Zəfər Ramazanovun sədrliyi ilə baxılıb.
 

R. Əliyev məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədə gödəkcələrdən birini satdığını, birini özü geyindiyini, digərini isə bacanağına hədiyyə etdiyini deyib. Papaqlara gəlincə, onlardan birini özü geyinib, digərini isə tanışına bağışlayıb.Məhkəmənin hökmü ilə R. Əliyev 6 ay müddətinə azadlıqdan məhrum edilib.


R. Əliyev bundan əvvəl də dələduzluq əməlinə görə Abşeron Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin cəza ilə hazırkı cəza qismən toplanılıb və R. Əliyevə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Əvvəlki cəzanın çəkilmiş hissəsi - 2 ay 27 gün - hazırkı cəzadan çıxılıb və R. Əliyevin üzərində qəti olaraq 3 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO