Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Hazırda oxunan: Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

610566

Külli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO