Son günlərdə səmavi dinlərin müqəddəs məkanı və bəşəriyyətin mədəni irsi olan Əqsa məscidində ibadət edənlərə qarşı İsrailin yeritdiyi dağıdıcı hərəkətlər bizə də mənfi təsir etmişdir.
Moderator.az -ın məlumatına görə, bu məsələyə Ədalət Partiyası da münasibət bildirib.
İsrail-Fələstin məsələsində, Yaxın Şərqdə, BMT-də nüfuz sahibi olan qüvvələrin bundan öncəki hadisələrə səssizliyi İsraili bu cür məsuliyyətsiz hərəkətləri dəfələrlə təkrarlamağa sövq edir.
Ona görə də Ədalət Partiyası sözügedən məsələyə kəskin etirazını bildirir, həmçinin bununla bağlı təsir imkanları olan dövlətləri, hüquq müdafiə təşkilatlarını əməli şəkildə hərəkət etməyə, insan heysiyyatının, inanc azadlığının təhqirinə mane olmağa çağırır.







































































































