Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Hazırda oxunan: Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

607917

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən ödənilməsi ilə bağlı narazılıq və müzakirələr geniş yayılıb. Mövzu xüsusilə bir vətəndaşın dünyasını dəyişmiş atasının kredit borcunu hissə-hissə ödəmək barədə etdiyi təklifdən sonra daha çox diqqət çəkib.

Məsələnin aktuallığını və ictimai marağı nəzərə alaraq, bu mövzunun hüquqi və praktiki tərəflərinə aydınlıq gətirmək istədik.

Şəxs ölübsə, kreditləri kim ödəməlidir?

Bizim.Media xəbər verir ki, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı “trend.az”a açıqlamasında bildirib ki, vəfat edən şəxsin bank borclarının ödənilməsi Mülki Məcəllə ilə tənzimlənir.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bu sahə üzrə prudensial qaydalar mövcuddur:

"Burada beynəlxalq standartların tələbləri ilə sosial ədalət prinsipləri nəzərə alınıb. Vəfat edən şəxsin vərəsəsi mirası qəbul edirsə, avtomatik olaraq borcları da qəbul etmiş sayılır. Qanunvericilikdə miras və borc vahid (kompleks) şəkildə nəzərdə tutulur. Əgər şəxs mirası qəbul etmirsə, borcu da qəbul etmir".

O qeyd edib ki, bununla yanaşı, sığorta mexanizmi də mövcuddur və həyatla bağlı risklər baş verdikdə, öhdəliklər sığorta tərəfindən qarşılanır.

Asif İbrahimov dünya praktikasından da nümunələrə diqqət çəkib:

"Dünya təcrübəsində də müxtəlif yanaşmalar var. Məsələn, Almaniya praktikasında borcların inventar üzrə ötürülməsi tətbiq olunur: borcun məbləği müəyyənləşdirilir və mirasdan çıxılır. Əgər borc mirasdan çoxdursa, yalnız mirasın dəyəri həddində ödəniş edilir; əksinə, miras artıqdırsa, borc çıxıldıqdan sonra qalan hissə vərəsəyə verilir.

Böyük Britaniya təcrübəsində isə borcların prioritet üzrə sinifləndirilməsi aparılır. İlk növbədə dövlətə olan borclar (vergilər və digər öhdəliklər), daha sonra digər borclar, o cümlədən bank öhdəlikləri mirasdan ödənilir.

Ümumilikdə, Azərbaycanda tətbiq olunan mexanizm mülki qanunvericilik çərçivəsində dünya təcrübəsinə uyğun şəkildə formalaşdırılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO