Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO

Hazırda oxunan: Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO
606793
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uralda azərbaycanlı, keçmiş diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskiyə OMON əməkdaşını avtomobillə vurması işi üzrə hökm oxunub.

Bizim.Media xəbər verir ki, Şahin Şıxlinski bu epizod üzrə 9 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.
 

Lakin nəzərə alınıb ki, o, martın 5-də 20 il əvvəl törədilmiş qətllərlə bağlı digər cinayət işi üzrə artıq 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu səbəbdən yekun cəza 24 il müəyyənləşdirilib.


Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski isə həmin iş üzrə 8 il müddətinə ümumi rejimli koloniyaya məhkum olunub.

Qeyd edək ki, söhbət OMON əməkdaşının avtomobillə vurulması ilə bağlı cinayət işindən gedir. İttihama görə, avtomobilin sükanı arxasında Mutvalı Şıxlinski olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO