Azərbaycanda vətəndaşların problemlərinin həll olunmasına mane olan səbəblər açıqlanıb

Azərbaycanda vətəndaşların problemlərinin həll olunmasına mane olan səbəblər açıqlanıb

Hazırda oxunan: Azərbaycanda vətəndaşların problemlərinin həll olunmasına mane olan səbəblər açıqlanıb

604466

Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməməsi və mütəmadi olaraq nəzarət edilməməsi bir çox vətəndaşın problemlərinin həll olunmasına mane olur.

Bunu "MG Consulting" şirkətinin hüquqşünası Hamlet Babayev Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada bildirib.

O qeyd edib ki, platformaya ümumilikdə 1 832 müraciət daxil olub: "Bu müraciətlərdən 866-sı öz həllini tapıb, 411-i həll olunmaq üzrədir, 555 müraciət isə hələ həllini tapmayıb.

Yol örtüyü ilə bağlı olan, qanunsuz parklanma və sahibsiz itlər ilə bağlı məsələlər çətin həllini tapır".

H. Babayev bildirib ki, platformaya bəzən aidiyyəti olmayan problemlərlə bağlı da müraciətlər edilir: "İctimai problemlərin həll olunmasında bizə mane olan əsas məsələ, hələ də bəzi dövlət qurumlarının vətəndaşın probleminin həll edilməsi üçün səy göstərməməsidir. Bəzi hallarda dövlət qurumları bizə problemin həll edildiyini bildirsələr də, daha sonra vətəndaşın təkrar müraciəti foto/video faktlar əsasında məlum olur ki, əslində problem həll olunmayıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO