Əlahiddə Ümumqoşun Orduda oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yolasalma mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev bildirib ki, ixtisas hazırlığı müddətində nəzəri və praktiki məşğələlər keçirilib. Əsgərlər burada qazanılan bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətdbiq edərək əsl döyüşçü kimi formalaşmağa, silah və texnikalardan düzgün istifadə etməyə nail olacaqlar.
Əsgərlər adından çıxış edən İsi Əliyev Azərbaycan Ordusunda xidmətilə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkminləşdirəcəklərinə söz verib. Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.
Təbrik oxunduqdan sonra bölmələrin hərbi marşların sədaları altında təntənəli keçidi olub.
Bizim.Media