
- A-
- A
- A+
İrandan Azərbaycana 84 nəfər təxliyə OLUNDU - FOTO
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr fonunda regionda yaranmış gərgin vəziyyətlə əlaqədar təxliyə tədbirləri davam etdirilir. Məlumata görə, 28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə bir sıra xarici ölkə vətəndaşları təhlükəsiz şəkildə Azərbaycan ərazisinə keçib.
Bizim.Media xəbər verir ki, qeyd olunan müddət ərzində ümumilikdə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı, 5 nəfər Tacikistan vətəndaşı, eləcə də 18 nəfər Səudiyyə Ərəbistanı Krallığının diplomatik nümayəndəsi təxliyə olunub.
Təxliyə prosesi aidiyyəti qurumların koordinasiyası ilə həyata keçirilib, sərhəd-keçid məntəqəsində zəruri təhlükəsizlik və humanitar tədbirlər görülüb.
Bildirilir ki, vəziyyət nəzarətdə saxlanılır və ehtiyac yaranacağı təqdirdə təxliyə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.
Sabutay, Bizim.Media, Cənub bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































