FHN minatəmizləmə fəaliyyətində iştirak edəcək – FƏRMAN

FHN minatəmizləmə fəaliyyətində iştirak edəcək – FƏRMAN

Hazırda oxunan: FHN minatəmizləmə fəaliyyətində iştirak edəcək – FƏRMAN

598701

Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə də dəyişiklik edilib.

Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO