AYB dediyini etdi: Üzvlük haqqı ödəməyənlər təşkilatdan ÇIXARILDI

AYB dediyini etdi: Üzvlük haqqı ödəməyənlər təşkilatdan ÇIXARILDI

Hazırda oxunan: AYB dediyini etdi: Üzvlük haqqı ödəməyənlər təşkilatdan ÇIXARILDI
593512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən şair və yazıçıları təşkilatdan xaric edib.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, bu barədə AYB Katibliyi qərar verib. Amma həmin şəxslərin sayı və adları açıqlanmayıb.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı təsdiqləyib. 
 

“Üzvlükdən xaric olunanlar haqqında hələlik dəqiq bir şey deyə bilmərəm. Lakin ödəniş etməyənlər AYB Katibliyinin qərarı ilə təşkilatdan xaric olunub. Xaric olunanların siyahısının dövrü mətbuatda dərc olunması haqqında hələlik qərar verilməyib. Bu proses mərhələli şəkildə davam edəcək”, - o bildirib.


Qeyd edək ki, bir müddət əvvəl AYB 2020-ci ildən bəri üzvlük haqqı ödəməyənlərin təşkilat sıralarından xaric olunacağı barədə xəbərdarlıq etmişdi. Həmin yaradıcı adamlara 2026-ci il fevralın 1-nə qədər möhlət verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO