Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO

Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO

Hazırda oxunan: Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO
590478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da autizmli insana bənzəyən ilk “Barbie” kuklası satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, “Barbie” kuklaları istehsal edən Amerika şirkəti “Mattel” autizm spektr pozğunluğu olan insana bənzəyən oyuncaq buraxıb.

Bu yeni məhsul daha çox uşağın özünü “Barbie” kimi görməsinə kömək etmək və bütün uşaqları ətraflarındakı dünyanı əks etdirən kuklalarla oynamağa təşviq etmək üçün hazırlanıb.

Kuklanın gözləri bir az kənara yerləşdirilib. Bu da bu xəstəlikdən əziyyət çəkən insanların birbaşa göz təmasından necə qaçındıqlarını əks etdirir.

Bundan əlavə, oyuncağa parça ilə "dərisi" arasında təması minimuma endirmək üçün geniş geyimlər geyindirilib.

“Mattel”in qlobal kukla bölməsinin rəhbəri Ceymi Sayqelman şirkətin addımlarının şirkətin təmsilçilik və inklüzivlik prinsiplərinə sadiqliyinin daha bir təsdiqi olduğunu vurğulayıb.

Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO - foto 1
Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO - foto 2
Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO - foto 3
Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO