Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Hazırda oxunan: Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı
587364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Səbuhi Əsmanzadənin barəsindəki kassasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Səbuhi Əsmanzadə “Instagram” sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan məlumat verərək 9 zərərçəkmişə qarşı 12362 manatlıq dələduzluq edib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət hökmü vermişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər apellyasiya şikayəti vermişdi.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və şikayət qismən təmin edilib, Gəncə Şəhər Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub, iş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, 3 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO