İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI

İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI

Hazırda oxunan: İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI
586386
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xidmətlər Zərfinin əhatə dairəsi ildən-ilə genişlənib”.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. 

O qeyd edib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı əvvəlki illərlə müqayisədə 2 550-dən 3 315-ə qədər artırılıb:
 

“Bu, vətəndaşlara daha çox çeşiddə tibbi xidmət alma imkanı yaradıb və xüsusilə yüksək riskli və mürəkkəb xəstəliklərin müalicəsini sığorta təminatına daxil etməklə, əhalinin real sağlamlıq göstəricilərinə müsbət təsir göstərib.


Qeyd etməliyəm ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan 6 171 tibbi xidmət və diaqnozun 6  131-i, yəni 99 faizi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO