
- A-
- A
- A+
Cəmiyyət
14:37 / 11.01.2023
1 dəq oxunma
Eyyub Hüseynovdan ictimai şuralaraxa0SƏRT İTTİHAMxa0
Hazırda oxunan: Eyyub Hüseynovdan ictimai şuralaraxa0SƏRT İTTİHAMxa0
585193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Bir çox qurumlar saxta şuralar yaratmaqla cənab Prezidentin ictimai nəzarətə dair çağırışlarına kölgə salır və aldadırlar”.
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, ilyarımdan artıqdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şura yaradılıb. E.Hüseynov qeyd edib ki, rəhbəri olduğu Azad İstehlakçılar Birliyi də həmin Şuranın üzvüdür. Bununla belə, AİB sədri AQTA yanında İctimai Şuranı ən effektsiz işləyən şuralardan biri kimi dəyərləndirir.
"Demək olar ki, Şuranın AQTA-nın mətbəxində gedən işlərdən, kollegiyanın qəbul etdiyi qərarlardan xəbəri yoxdur. Son dönəmlərdə heç Şuranın iclası da keçirilmir" deyən Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə, bəzi qurumlar saxta şuralar yaratmaqla dövlət başçısının ictimai nəzarətə dair çağırışlarına kölgə salır və aldadırlar.
"Biz Azad İstehlakçılar Birliyi olaraq bu vəziyyətə etiraz edirik”, - deyə Eyyub Hüseynov vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































