Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Hazırda oxunan: Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”
582817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.

O qeyd edib ki, bugünkü tədbirdə iştirak Türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir:

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə media sahəsində inkişafa xüsusi diqqət göstəririk. Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olundu. Media sahəsində xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar. Azərbaycan hər il Şuşa Media Forumunu həyata keçirir. Dövlət başçısının iştirakı ilə keçirilən bu tədbirdə Türk dövlətləri də aktiv iştirak edirlər. Həmçinin, hər il dekabr ayında "Media savadlılığı" layihəsi həyata keçirilir ki, bu da jurnalistlərin, media mütəxəssislərinin tənqidi düşüncəsinə, inkişafına mühüm töhfə verir".

Ə.İsmayılov əlavə edib ki, Azərbaycan TDT-ni təkcə iqtisadi-siyasi təşkilat kimi yox, həm də dezinformasiya, hibrid informasiya təhdidləri ilə mübarizə platforması kimi görür.

"İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk. 2025-ci ildə Azərbaycanın digər Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO