Arvadının ölümü ilə gündəmə gəlmişdi – BU DƏFƏ…– FOTO

Arvadının ölümü ilə gündəmə gəlmişdi – BU DƏFƏ…– FOTO

Hazırda oxunan: Arvadının ölümü ilə gündəmə gəlmişdi – BU DƏFƏ…– FOTO
579035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lerikdə həmcinsi tərəfindən döyüldüyünü bildirən qadın polisə müraciət edib.

Bizim.Media xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan Z.Həsənova bildirib ki, baldızı F.Məlikova (ad- soyadlar şərtidir) onu döyərək xəsarətlər yetirib.

Məlum olub ki, hadisə baş verən gün F.Məlikova qardaşı arvadını həmkəndlisi Elvin Ağəlizadə adlı şəxslə görüb. O, Z.Həsənovaya qardaşına niyə xəyanət etməsini deyərək hücum edib və aralarında dava-dalaş olub. Bu zaman Elvin oradan uzaqlaşaraq gedib.

Bildirilib ki, Z.Həsənova və Elvin bir yerdə işləyirlər. Qadın həmin iş yerində xadimə, Elvin isə gözətçidir.
 

O da məlum olub ki, 2022-ci ildə Elvin Ağəlizadənin 22 yaşlı həyat yoldaşı Elnarə müəmmalı şəkildə ölüb. Həmin vaxt mərhumun yaxınları Elnarənin Elvin və onun anası tərəfindən amansızlıqla döyüldüyünü iddia ediblər.


Tərəflər məsələni Lalə Azərtaşın verilişində də müzakirə ediblər.

Qeyd edək ki, Elnarə Ağəlizadə 2022-ci ilin aprelin 30-u ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və 10 gün sonra ölüb.

Zərərçəkən tərəf onun öldürüldüyünü iddia etsə də, ölüm hadisəsinin intihar olduğu bildirilib. (Qafqazinfo.az)

Arvadının ölümü ilə gündəmə gəlmişdi – BU DƏFƏ…– FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO