Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO

Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO

Hazırda oxunan: Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO
578241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq Şəkidə olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ukraynalı uşaqların Şəki ilə tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb.

Sonra uşaqlar Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Qonaqlar Mərkəzin emalatxanalarını gəzib, sənətkarlarla görüşüb, onların əl işlərinə baxıblar.

Ukraynalı uşaqların gəzinti müddətində daha bir maraqlı görüşü 44 günlük Vətən müharibəsi günlərində geyinməyə ayaqqabısı olmadığı halda milli orduya əmək təqaüdü ilə davamlı köməklik göstərən Hikmət baba ilə olub. Hikmət baba Ukraynadan gələn müəllim və uşaqlarla söhbət edib, onlara mənəvi dəstək nümayiş etdirib. Eyni zamanda o, əmək təqaüdü ilə aldığı müxtəlif xatirə hədiyyələrini ukraynalı uşaqlara təqdim edib.

Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 1
Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 2
Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 3
Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 4
Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 5
Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 6
Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO - foto 7

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO