Vətən müharibəsi şəhidi Famil Pirvələdovun xatirəsi yad edildi - FOTO

Vətən müharibəsi şəhidi Famil Pirvələdovun xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidi Famil Pirvələdovun xatirəsi yad edildi - FOTO
578239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar rayonunun Yuxarı Zeyxur kəndində 44 günlük Vətən müharibəsi şəhidi Famil Teyfur oğlu Pirvələdovun anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, mərasimdə RİH başçısının Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhidin ailə üzvləri, məktəb şagirdləri və kənd sakinləri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi yad edilib.

Qeyd edək ki, ıəhid Famil Teyfur oğlu Pirvələdov 30 may 1995-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Famil Pirvələdov II Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid 31 oktyabr 2020-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində dəfn olunub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Vətən müharibəsi şəhidi Famil Pirvələdovun xatirəsi yad edildi - FOTO - foto 1

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO