Fermerlərin NƏZƏRİNƏ - Dabaq xəstəliyini sağaldan TƏBİİ VASİTƏLƏR

Fermerlərin NƏZƏRİNƏ - Dabaq xəstəliyini sağaldan TƏBİİ VASİTƏLƏR

Hazırda oxunan: Fermerlərin NƏZƏRİNƏ - Dabaq xəstəliyini sağaldan TƏBİİ VASİTƏLƏR
576879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Dabaq xəstəliyi Şəki-Zaqatalanı da BÜRÜDÜ – “Vaksin fayda vermir, mal-qaralar TƏLƏF olur” – FOTO


Fermerlər xəstəliyin müalicəsində adətən iynə-dərmandan və ya peyvənddən istifadə edir.

Lakin təbii vasitələrlə də mal-qarasını sağaldan fermerlər var.

Bu barədə Bizim.Media-ya Gədəbəy rayonu Çobankənd kəndinin sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, xəstəlik əgər ağız və ayaq hissədə aşkarlanırsa, heyvanı tələf olmaqdan xilas etmək asandır:

“Bunun üçün öncə xəstəliyə yoluxmuş heyvanın ağız və ayaq hissələri su ilə yuyulur.

Daha sonra hidrogen peroksid, benzin kimi vasitələrlə heyvanın ağız və ayaq nahiyələri təmizlənir. Xəstəlik dönəmində heyvanın qızdırması olduğu üçün onun suyunu da soyuq deyil, ilıq şəkildə vermək lazımdır.


Lakin xəstəlik bel hissədən tutursa, bu zaman heyvanın tələf olmasına əngəl olmaq çətinləşir”.

Xatırladaq ki, bir sıra rayonlarda xəstəliklə bağlı heyvan bazarları bağlanıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO