Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA verildi

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA verildi

Hazırda oxunan: Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA verildi
574473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin fevralında Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində məktəbin qarşısında keçmiş həyat yoldaşına ağır xəsarətlər yetirən şəxsin məhkəməsi yekunlaşıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 56 yaşlı Ə.Atakişiyevə hökm oxunub.

Məhkəmə onu Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib və 15 il 3 ay müddətə həbs cəzası verib.
 

Qeyd edək ki, hadisə vaxtı 1973-cü il təvəllüdlü G.Həmidovaya boğaz nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.


Hadisəni törətməkdə şübhəli bilinən, G.Həmidovanın 56 yaşlı keçmiş həyat yoldaşı Ə.Atakişiyev Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə G.Həmidova işlədiyi məktəbdən çıxıb evə gedərkən baş verib. O, həmin məktəbdə xadimə işləyib.
 

Məlum olub ki, cütlük 2024-cü ilin fevralında boşanıb. Bundan sonra Ə.Atakişiyev keçmiş arvadından evlilik dövründə ona və övladlarına xərclədiyi pulları geri qaytarmasını tələb edib.


Qadın keçmiş ərinə pul verməyəcəyini dedikdən sonra məlum hadisə baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO