Ramiz Göyüşovu şantaj edən sayt rəhbərinə 3 il 6 ay həbs cəzası verildi

Ramiz Göyüşovu şantaj edən sayt rəhbərinə 3 il 6 ay həbs cəzası verildi

Hazırda oxunan: Ramiz Göyüşovu şantaj edən sayt rəhbərinə 3 il 6 ay həbs cəzası verildi
55916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.

Xatırladaq ki, M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə itiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, M.Ələkbərovu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO