Yol polisi sürücüyə:  arvadı qabağa vermə, KİŞİ OL - VİDEO

Yol polisi sürücüyə: arvadı qabağa vermə, KİŞİ OL - VİDEO

Hazırda oxunan: Yol polisi sürücüyə: arvadı qabağa vermə, KİŞİ OL - VİDEO

55832
“Arvadı qabağa vermə, kişi ol!”.

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü yeni çıxış yolu tapıb. Çətinə düşən kimi qadınları qabağa verir və bu yolla qanunun məsuliyyətindən yaxa qurtarmış olurlar.

Moderator.az  milli.Az-a istinadən xəbər verir ki, dünən Bakıda sürücü məsuliyyətdən yaxa qurtarmaq üçün polislə davaya çıxıb. 

Yol polisi qanun pozuntusuna yol verən “Hyundai” markalı avtomobilin sürücüsünü Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllədə saxlamaq istəyib. Sürücü isə tabe olmayaraq maşını saxlamayıb və yol polisi onu təqib edərək maşını qarşısına verməklə dayandırıb. 

Bundan sonra sürücü ilə yol polisləri arasında dava düşüb. Sürücü maşını tərk etmək istəməyib, məsələyə sürücünün yanındakı xanım sərnişini qarışıb. Qarşılıqlı söyüş və təhqirlərdən sonra sürücü tabe olmayaraq məsuliyyətdən yayınıb. Yol polisi məcbur vəziyyətdə qalıb sürücünü sərbəst buraxıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş olub. Yol polisi onu nə qədər çalışsa da, sərxoşluq dərəcəsinin ölçülməsi üçün müayinəyə apara bilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO