Gəncədə qəza törədib qaçan sürücü HƏBS OLUNDU - FOTO

Gəncədə qəza törədib qaçan sürücü HƏBS OLUNDU - FOTO

Hazırda oxunan: Gəncədə qəza törədib qaçan sürücü HƏBS OLUNDU - FOTO

55513

Gəncədə qəza törədən və hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər Yol Polis Şöbəsinin əməkdaşlarının   araşdırmaları zaman həmin sürücünün şəhər sakini Əziz Kərimzadə olduğu müəyyənləşib. 

Keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan  Əziz Kərimzadə narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. 

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO