"Qubada əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb".
Bunu Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb:
"Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 07.01.2022
Əqli qüsurlu şəxsin görüntülərini çəkib yayanlar SAXLANILDI
Hazırda oxunan: Əqli qüsurlu şəxsin görüntülərini çəkib yayanlar SAXLANILDI
Hazırda oxunan: Əqli qüsurlu şəxsin görüntülərini çəkib yayanlar SAXLANILDI
54286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.