Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik fəaliyyət planı İMZALANDI

Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik fəaliyyət planı İMZALANDI

Hazırda oxunan: Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik fəaliyyət planı İMZALANDI

54270

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO