Azərbaycan Prezidenti Kuba Prezidentini təbrik edib

Azərbaycan Prezidenti Kuba Prezidentini təbrik edib

Hazırda oxunan: Azərbaycan Prezidenti Kuba Prezidentini təbrik edib
53352
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib.

Bizim.Media-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm.

İnanıram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək, BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO