Allahşükür Paşazadə 65 yaşını Tiflisdə təntənəli şəkildə qeyd edəcək

Allahşükür Paşazadə 65 yaşını Tiflisdə təntənəli şəkildə qeyd edəcək

Hazırda oxunan: Allahşükür Paşazadə 65 yaşını Tiflisdə təntənəli şəkildə qeyd edəcək

51841
Yubiley münasibətilə xüsusi toplantı və təntənəli tədbirin keçirilməsi, Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.
 
QMİ-dən  verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.
 
Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.
 
Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.




APA
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO