
- A-
- A
- A+
Qanunsuz ov edən şəxs polisə xəsarət yetirdi
Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxslər tüfəngdən atəş açaraq qaçıblar.
MÖVZU İLƏ BAĞLI:
Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırıldı
Görülən tədbirlərlə həmin şəxslər saxlanılıblar.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülüb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































