Zelenski Uitkoffdan hesabat GÖZLƏYİR: Rusiya ilə danışıqların nəticələrini öyrənəcək- VİDEO

Zelenski Uitkoffdan hesabat GÖZLƏYİR: Rusiya ilə danışıqların nəticələrini öyrənəcək- VİDEO

Hazırda oxunan: Zelenski Uitkoffdan hesabat GÖZLƏYİR: Rusiya ilə danışıqların nəticələrini öyrənəcək- VİDEO

643725
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffdan Rusiya tərəfi ilə aparılan danışıqların nəticələri barədə ətraflı məlumat alacağını gözləyir.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ukrayna liderinin sözlərinə görə, hesabatın təqdim edilməsindən sonra Ukrayna, ABŞ və Avropa nümayəndə heyətlərinin birgə brifinqi keçiriləcək.
 

Zelenski qeyd edib ki, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner Kiyevə səfəri zamanı ona Rusiya ilə danışıqlar apardıqlarını və Moskvanın noyabr ayında ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin yüksək səviyyəli texniki heyətlər formatında üçtərəfli görüşünə dəstək verdiyini bildirib.


Bundan əlavə, Zelenski yaxın iki gün ərzində ABŞ dövlət katibi Marko Rubiodan əvvəlki danışıqlarda müzakirə olunan məsələlərlə bağlı məlumat gözləyir.

Həmin müzakirələrdə Starlink sisteminin fəaliyyəti, hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü və ABŞ-nin kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələləri diqqət mərkəzində olub.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO