"Mançester Yunayted"dən Kerrik QƏRARI

"Mançester Yunayted"dən Kerrik QƏRARI

Hazırda oxunan: "Mançester Yunayted"dən Kerrik QƏRARI

643726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya millisinin sabiq baş məşqçisi Yulian Naqelsmann “Mançester Yunayted”i çalışdıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

39 yaşlı mütəxəssis Mançester təmsilçisinin rəhbərliyi tərəfindən Maykl Kerrikin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir.

Bununla belə, Kerrikin İngiltərə Premyer Liqasının bazar günü “Bornmut”a qarşı keçiriləcək oyunadək vəzifəsindən uzaqlaşdırılmayacağı gözlənilir.

Qeyd olunur ki, “Mançester Yunayted” ötən mövsümün sonunda da Naqelsmannın təyinatı ehtimalını nəzərdən keçirib. Lakin klub rəhbərliyi sonda Kerriki baş məşqçi vəzifəsində daimi əsaslarla saxlamaq qərarına gəlib.

Mançester təmsilçisinin maraq göstərdiyi digər namizəd isə Fabian Hürzelerdir. Ancaq almaniyalı mütəxəssis bu yaxınlarda “Brayton”la müqaviləsini uzadıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO