“Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılmasını planlaşdırırıq ki, insanlar yaşadıqları yerlərə yaxın ərazilərdə tibbi xidmət ala bilsin”.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
“Ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərimizdən biridir. Həkimlərin böyük hissəsi Bakıda cəmlənib”, - deyə o, qeyd edib.
Bundan başqa, A.Nəsirov deyib ki, tibbi xidmət sahəsində ölkədə aparılan islahatlar əhalini maliyyə risklərindən qoruyur:
“Əvvəllər ölkədə evini satıb, borca girib bahalı əməliyyatlar etdirənlər var idi. Biz dövlət xəstəxanalarında göstərə bilmədiyimiz bəzi tibbi xidmətləri özəl xəstəxanalarda əlçatan etmişik ki, əhali maliyyə risklərinə getməsin”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:48 / 15.11.2021
Regionlarda çoxfunksiyalı xəstəxanalar yaradılacaq
Hazırda oxunan: Regionlarda çoxfunksiyalı xəstəxanalar yaradılacaq
Hazırda oxunan: Regionlarda çoxfunksiyalı xəstəxanalar yaradılacaq
46135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.