Sabahdan Gəncədə Novruz şənliklərinə start verilir

Sabahdan Gəncədə Novruz şənliklərinə start verilir

Hazırda oxunan: Sabahdan Gəncədə Novruz şənliklərinə start verilir
43307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah Novruz bayramı münasibətilə Gəncədə “Novruz 2014 el şənliyi” adlı silsilə tədbirlər keçiriləcək. Moderator.az xəbər verir ki, bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin sözcüsü Kənan Məmmədov məlumat verib. Tədbir şəhərinn "Qala Kompleksi"ndən zurna və nağaranın müşayiəti ilə başlayacaq. Şənlikdə Ozan baba və Bahar qızın təbrikləri,  Qala qapılarının qarşısında Gəncənin tarixi şəxsiyyətlərinin yaradılmış obrazlarının çıxışı, şərbət mərasimi, tonqal ətrafında gənclərin "Yallı" və "İgidlər" rəqsi, Novruzun atributları olan Keçəl və Kosanın yumurta döyüşdürməsi, Gəncə Musiqi Kolllecinin xor kollektivinin çıxışı olacaq.

Qala Kompleksində start verilən şənlik daha sonra Gəncə şəhərinin Cavadxan küçəsində davam edəcək. Küçə boyu sərgilər, rəsm, qədim milli məişət əşyaları, biçmə-tikmə, dekorativ sənət nümunələri, səməni nümayiş olunacaq. "Göy-göl" ansamblının rəqs qrupu, baxça uşaqlarının, Nağaraçalanlar ansamblının, "Məhsəti" ansamblının, Uşaq yaradıcılıq və incəsənət məktəbinin şagirdlərinin dəbdəbəli çıxışı olacaq.
Məhsəti Gəncəvi mərkəzinin önündə isə "Məhsəti Gəncəvi" kampazisiyası nümayiş etdiriləcək. Həmçinin, şairə Məhsəti Gəncəvinin adını daşıyan bağda təndirlər, rəngarəng çadırlar qurulacaq,  bayram süfrələri açılacaq və "Kilimarası" oyunu nümayiş olunacaq. 

Qeyd edək ki, məhz bu novruz şənliyi üçün ayrılan faytonlar da tədbirə xüsusi gözəllik qatacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO