Ölkədə “Tibbi sığorta haqqında” qanunların 15 il əvvəl hüquqi bazası yaradılsa da icra mexanizmləri hələ də tapılmadığından icbari tibbi sığortanın tətbiqi mümkünsüzdür. Prezident İlham Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncamından 5 ildən çox müddət keçməsinə baxmayaraq agentlik hələ də yaradılmayıb. Məhz bu sistemin işləməməsi səbəbindən 7 ildir ki, dövlət büdcəsindən İcbari tibbi sığortanın tətbiqinə ayrılan 181 milyon manatdan çox vəsait istifadə olunmadan geri qaytarılıb.
Azərbaycan bu mexanizmin yerinə yetirilməsi üçün hazırda Almaniya, Hollandiya, Norveç və Rusiyanın təcrübəsini öyrənir. Əslində meydanda hər şey var: Siyasi qərar, Qanun, icra-nəzarətedici orqanlar. Deməli qalır səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqini sürətləndirmək və sistemi işə salmaq. Ən əsası isə iillərdir istifadəsiz qalan vəsaitlərin düzgün ünvanına çatması. Bəlkə məhz ondan sonra yüzlərlə imkansız vətəndaşlar ağır xəstəliyi yenib öz sağlamlığına qovuşarlar .





































































































