Milli Məclis sədrindən xəbərdarlıq

Milli Məclis sədrindən xəbərdarlıq

Hazırda oxunan: Milli Məclis sədrindən xəbərdarlıq
41671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda inqilaba çağırışlara hazırlıqla bağlı təhlükənin olması məsələsi qaldırılıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, deputat Zahid Oruc son günlər mətbuatda açıqlanan siyahı ilə əlaqədar casus qalmaqalına toxunub: “Kimlərsə buradan hansısa ölkəyə əməlli başlı casusluq edir. Buna mətbuatın kompromat savaşı kimi yanaşmaq lazım deyil, bu məsələ hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir və edəcək. Bununla xarici ölkələrin Azərbaycanın daxili işlərinə qarışması, təzyiqlər göstərməsi üçün əsaslar hazırlayırlar. Xarici kapitallarla Azərbaycanda inqilab, iğtişaşlar yaratmağa hazırlaşırlar. Amma bu heç vaxt baş tutmayacaq”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu gün Azərbaycanda inqilaba və iğtişaşlara çağırışları, bu çağırışı edənləri, onlara cavab verənləri də açıq müşahidə etmək çətin deyil: “Vaxtilə ABŞ-ın Azərbaycanda bir qadın əməkdaşı vardı, ləqəbi “Miledi” idi. Onun bütün fəaliyyəti Azərbaycan hakimiyyəti əleyhinə çağırışlar etməkdən ibarət idi. 2015-ci ildə Azərbaycanda Birinci Avropa Yay Oyunları keçiriləcək, bu cür çağırışlar, təzyiqlər artacaq. Ona görə də həssas və diqqətli olmalıyıq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO