Misir Mərdanov namizəd oldu

Misir Mərdanov namizəd oldu

Hazırda oxunan: Misir Mərdanov namizəd oldu

41619
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Akademiyadan AzVision.az-a verilən məlumata görə, tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib.
İclasda bundan başqa, elmər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib.
Elmi Şura üzvləri institutun direktoru vəzifəsinə namizədlərini irəli sürüblər.
Namizədin kimliyini öyrənmək üçün AMEA-nın sözügedən institutu ilə əlaqə saxladıq. 
İnstitutdan AzVision.az-a bildirilib ki, akademiyada elmi müəssisələrin direktorları vəzifəsinə seçkilərə hazırlıq gedir. Mexanika və Riyaziyyat İnstitutunun namizədi Elmi Şuranın iclasında bəlli olub.

Bildirilib ki, elmi müəssisələrin direktorları vəzifəsinə seçkilərdə iştirakı üçün AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanovun namizədliyi yekdilliklə qəbul olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO