Bakıda yük avtomobili sərnişin avtobusuna çırpıldı: 5 ölü, 21 yaralı var - FOTO

Bakıda yük avtomobili sərnişin avtobusuna çırpıldı: 5 ölü, 21 yaralı var - FOTO

Hazırda oxunan: Bakıda yük avtomobili sərnişin avtobusuna çırpıldı: 5 ölü, 21 yaralı var - FOTO
41359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 nömrəli "Shacman” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10-TH-116 nömrəli sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi bildirilir.

Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib, nəticədə avtobus aşıb. 

Qəza nəticəsində sərnişinlər arasında 5 nəfər ölüb, xəsarət alanlar var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

Xəsarət alan 13 nəfərin vəziyyətinin ağır olduğu deyilir.

Bizim.Media


Bakıda yük avtomobili sərnişin avtobusuna çırpıldı: 5 ölü, 21 yaralı var - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO