Sahil Babayev Gəncə terrorunda valideynlərini itirən Nilayla görüşdü - FOTO 

Sahil Babayev Gəncə terrorunda valideynlərini itirən Nilayla görüşdü - FOTO 

Hazırda oxunan: Sahil Babayev Gəncə terrorunda valideynlərini itirən Nilayla görüşdü - FOTO 

41087

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncədə erməni terroru nəticəsində şəhid olmuş azyaşlı Narının yaxınları və valideynləri şəhid olmuş azyaşlı Nilayla görüşüb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, nazir Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birgə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib. 

S.Babayev Ermənistanın insanlığa qarşı dəhşətli cinayəti olan həmin terror aktı nəticəsində dağılmış ərazidə olub.

Qanlı erməni terroru zamanı şəhid olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, ərazidəki dağılmış yaşayış binasının ətrafına gül dəstələri qoyulub. 

Nazir bir il əvvəl Gəncədə erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valdeyni, digər bir neçə qohumu şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək sosial vəziyyətləri ilə maraqlanıb.

S.Babayev həmin ailələrin sosial müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, bundan sonra da onların yaşayışının diqqətdə saxlanacağını bildirib. 

Vətən müharibəsindən sonra geniş miqyaslı sosial dəstək işləri erməni terrorundan zərər çəkən vətəndaşları da əhatə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO