“Gənc kadrlara üstünlük verəcəyik”

“Gənc kadrlara üstünlük verəcəyik”

Hazırda oxunan: “Gənc kadrlara üstünlük verəcəyik”

39137

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün önəmli olan bilavasitə insanlarla yerlərdə işləyən kadrlardır. Ona görə tapşırıq vermişəm ki, əsəsən bizim yerli şöbələrimizin rəhbərləri dövlət qulluğuna qəbulla bağlı müsabiqədən keçən gənc kadrlarla əvəz olunsun”.

Moderator.az-ın  xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, gənc kadrların hər birinin bir ildən sonra mərkəzi aparata transfer olunmaq şansları var. Nazir qeyd edib ki, bu gün ən vacib olan məsələ insanlarla daima, gündəlik təmasda olacaq nazirlik əməkdaşlarının belə gənclərlə əvəzlənməsidir: “Buna görə də ilk növbədə biz regionlarda vətəndaşlarla daimi təmasda olan korpus heyətini yenidən formalaşdırmalıyıq. Bu prosesin nəticəsində kimlərin özünü daha yaxşı göstərdiyini görəcəyik. Sonradan isə onları vəzifədə irəliyə çəkmək imkanlarımız olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO