Bakıda əməliyyat - 40 nəfərlik dəstə yaxalandı - VİDEO  

Bakıda əməliyyat - 40 nəfərlik dəstə yaxalandı - VİDEO  

Hazırda oxunan: Bakıda əməliyyat - 40 nəfərlik dəstə yaxalandı - VİDEO  

36924

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri nəticəsində 40 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində aparılıb. 

Saxlanılan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. 

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Tutulan şəxslər tutularaq istintaqa cəlb olunublar. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO