QHT təmsilçiləri Şuşada - FOTO

QHT təmsilçiləri Şuşada - FOTO

Hazırda oxunan: QHT təmsilçiləri Şuşada - FOTO
36590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Bizim.Media xəbər verir ki, ziyarətçilər əvvəlcə Cıdır düzündə olublar. Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli azərbaycanlı əhalinin Novruz bayramını qeyd etdiyi ərazi ziyarətçilərə unudulmaz hisslər yaşadıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamlıların doğma şəhərlərinə növbəti səfəri - FOTO


Sonra tarixi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhərağa məscidi ziyarət edilib.

1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb.

Nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO