Məlumatda bildirilirdi ki, paytaxt Moskvada adi mübahisə zəminində Azərbaycan vətəndaşı olan 59 yaşlı İfraim Liviyev, slavyan mənşəli polis mayoru tərəfindən döyülərək öldürülüb. Hətta bununla bağlı internetdə videosüjet də yerləşdirilib. Həmin süjetdə mübahisə zəminində baş verən bu qətllə bağlı şahid ifadələri də yer almışdı.
Moderator.az-ın məlumatına görə,bu barədə səfirlikdən ANS-in Moskva bürosuna bildirilib ki, bu məlumatın yeni yaxud da köhnə olması sabah bəlli olacaq.




































































































