Azərbaycanda əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər? -RƏSMİ AÇIQLAMA

Azərbaycanda əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər? -RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər? -RƏSMİ AÇIQLAMA

35304

Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilmişdir.

Bizim.Media xəbər verir ki, bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

1-ci doza peyvənd olunanlar qapalı məkanlara buraxılacaq - QAYDALAR


Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO