“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur – FOTO 

“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur – FOTO 

Hazırda oxunan: “Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur – FOTO 

34851

Dünən gecə saatlarında Bakının Xocalı prospektində yerləşən “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov tərəfindən qətlə yetirilən 1981-ci il təvəllüdlü Vüqar Mustafayevin tanınmış vəzifəli şəxsin oğlu olduğu ortaya çıxıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il  Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda klubun mühafizəçisi müştərini döyərək öldürdü


Xatırladaq ki, İlham Mustafayevin  mediada adı restoranlar “kralı” kimi də hallanır.

Məlumatlara görə İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası, restoranları fəaliyyət göstərir.
 

Onun Bakıda Şıxov çimərliyi yaxınlığında «Qızıl Balıq» restoranı və bahalı kafelərinin olduğu iddia olunur.


Xatırladaq ki, İlham Mustafayev Təhsil nazirliyində tutduğu vəzifədən 2013-cü ildən azad edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO