Mişel bir dəfə də olsun Bakıda “Dağlıq Qarabağ” sözünü işlətmədi

Mişel bir dəfə də olsun Bakıda “Dağlıq Qarabağ” sözünü işlətmədi

Hazırda oxunan: Mişel bir dəfə də olsun Bakıda “Dağlıq Qarabağ” sözünü işlətmədi
29037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi ortaq mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir dəfə olsun "Dağlıq Qarabağ" sözünü səsləndirməyib.

Bizim.Media xəbər verir ki, bundan əlavə, o, jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsi ətrafında baş verən vəziyyətlə bağlı verilən suala cavabında "Dağlıq Qarabağ" ifadəsindən açıq şəkildə istifadə etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sərhədlərin delimitasiyası üçün Avropanın ekspert yardımını göstərməyə hazırıq” - Şarl Mişel


Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə və müharibə əlillərinə mənzillər və avtomobillər hədiyyə edilməsi mərasimində deyib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur:

“Bu ifadə artıq istifadə edilə bilməz. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 7 iyul tarixində imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağ bölgələri birləşdirildi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO