Lökbatanda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO/VİDEO

Lökbatanda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO/VİDEO

Hazırda oxunan: Lökbatanda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO/VİDEO
274332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “JEEP” və iki “TOYOTA” markalı minik avtomobilinin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və “TOYOTA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Elçin Quşarov təcili tibbi yardım briqadasına təhvil verilib.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Lökbatanda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO/VİDEO - foto 1

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO