Gömrükçülər saxta şassi nömrəsi olan avtomobili aşkarladılar

Gömrükçülər saxta şassi nömrəsi olan avtomobili aşkarladılar

Hazırda oxunan: Gömrükçülər saxta şassi nömrəsi olan avtomobili aşkarladılar

274213

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə sənədlərdən aldatma yolu ilə istifadə edərək ölkə ərazisinə "Land Rover Discovery" markalı nəqliyyat vasitəsinin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

xa0

Dövlət Gömrük Komitəsindənxa0verilən məlumata görə, sənədlərdə 2014 -cü il buraxılışlı göstərilən şassi nömrəsi "SALLAAAM6EA727547" olan "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib və saxlanılıb. Üzərindəki şassi və ban nömrəsinin saxta olması şübhə doğurduğu üçün xüsusi texniki vasitələrlə avtomobil yoxlanılıb. "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinə texniki və diaqnostik baxış həyata keçirildikdən sonra həmin nəqliyyat vasitəsinin buraxılış ilinin 2015-ci il, qanuni şassi nömrənin "SALLAAAF6FA732079" olduğu müəyyən edilib.

xa0

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO