Xəbər verdiyimiz kimi artıq “Qızıl Kəlmə”xa0 Ədəbi Mükafatının qalibləri məlum oldu.xa0
Moderator.az qaliblərin fikirlərini öyrənməyə çalışıb.xa0

Nəsr nominasiyası üzrə “Arzulardan sonrakı şəhər” adlı kitabına görə mükafata layiq görülən yazıçı Şərif Ağayar Moderator.az-a açıqlamasında bildirdi ki, qaliblərin seçilməsində kifayət qədər obyektiv qiymətləndirmə olub:
xa0
“Düşünürəm ki, kifayət qədər obyektiv qiymətləndirmə olub. Orda Salam Sarvan, Mübariz Örən, Seyfəddin Hüseynli kimi istedadlı qələm adamları var. Mən özümü də layiq hesab edirəm. Zəhməti keçən hər kəsə minnətdaram”.xa0
Poeziya nominasiyası üzrə “Qansız Savaş” kitabına görə mükafata layiq görülən şair Vaqif Bəhmənli saytımıza açıqlamasında bildirdi ki, insanın əməyinə qiymət veriləndə sevinməmək olmur:

“Mükafatın təəssüratı ancaq yüksək ola bilər. İnsanın əməyinə qiymət veriləndə adama çox xoş olur. Verilən qiymət cəmiyyətin, ictimaiyyətin fikirləri ilə üst-üstə düşürsə, daha xoş olur. Hamınıza təşəkkür edirəm”.xa0
Qeyd edək ki, Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d.,professor Nizaməddin Şəmsizadə, fil.e.d.,professor Telman Cəfərov, fil.e.d. Vaqif Yusifli, fil.ü.f.d., “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, fil.ü.f.d. Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.xa0
Vasif Əlihüseyn



































































































